
BAKI, 18 mart. TELEQRAF
Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı keçirilən tədbir zamanı 4 kiloqram narkotik vasitə olan marixuana dövriyyədən çıxarılıb.
Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.
Keçirilən əməliyyat nəticəsində 25 yaşlı Murad Məmmədov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb və saxlanılan şəxs məhkəmənin qərarı ilə həbs olunub.