
BAKI, 18 mart. TELEQRAF
Avropa İttifaqının (Aİ) 7 üzvü ABŞ hökumətinin ödənişləri azaltmasından sonra, Çexiyanın "Azad Avropa/Azadlıq Radiosu" media korporasiyasını Aİ büdcəsindən maliyyələşdirmə təklifini dəstəkləyir.
Teleqraf xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.
Nəşr 7 ölkənin adını da açıqlayıb: Almaniya, İsveç, Danimarka, Finlandiya, Litva, Latviya, Estoniya.
Aİ-nin xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas Brüsseldə Aİ Şurasının iclası ilə bağlı keçirilən mətbuat konfransında bildirib ki, Avropa İttifaqı bu media korporasiyasının maliyyələşdirilməsini öz üzərinə götürməyi nəzərdən keçirir, lakin bunun dərhal baş verməyəcəyini düşünür.