BAKI, 18 mart. TELEQRAF

İsrailin Qəzzaya son hücumu nəticəsində HƏMAS-ın əlində olan girovlardan birinin öldüyü bildirilib.

Teleqraf xəbər verir ki, bununla bağlı HƏMAS-a yaxın "Maan" agentlyi məlumat yayıb.

Qeyd olunub ki, İsrail Hərbi Hava Qüvvələrinin ötən gecə Qəzzə zolağına endirdiyi zərbələr nəticəsində qruplaşmanın əlində olan girovlardan biri ölüb, ikisi isə yaralanıb.

“Səhər saatlarında israilli girovlardan biri ölüb, ikisi isə yaralanıb”, – mənbə qeyd edib.

HƏMAS-dan məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.