BAKI, 18 mart. TELEQRAF
Bu ilin yanvar-fevral aylarında Azərbaycanın neft və xam neft məhsulları ixracında Avropa ölkələri əsas yeri tutub.
Teleqraf Dövlət Gömrük Komitəsinin hesabatına əsasən xəbər verir ki, bu dövrdə xam neftin ixrac olunduğu ölkələr siyahısında ilk beşliyə İtaliya liderlik edib. Bu ölkəyə 1 milyard 366 milyon 256.16 min ABŞ dolları dəyərində 2 milyard 415 milyon 530.26 min ton xam neft ixrac edilib. İtaliyaya ixrac Azərbaycanın cəmi xam neft və xam neft məhsulları ixracının təxminən 50,55%-ni təşkil edib.
İtaliyadan sonra Almaniya 276 milyon 544.77 min dollar dəyərində 500 milyon 001.10 min ton, Çexiya 224 milyon 031.58 min dollar dəyərində 410 milyon 211.72 min ton, Xorvatiya 188 milyon 199.24 min dollar dəyərində 338 milyon 948.76 min ton, Rumıniya isə 163 milyon 972.23 min dollar dəyərində 286 milyon 538.51 min ton xam neft və xam neft məhsulları idxal edib.