BAKI, 18 mart. TELEQRAF

Azərbaycanda gümüş istehsalı artıb.

Teleqraf Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ilin yanvar-fevral aylarında 776,6 kq gümüş istehsal edilib.

Bu, əvvəlki ilin müvafiq dövrünə nisbətən 36,8 faiz çoxdur.

Komitənin məlumatına görə, bu il martın 1-nə hazır gümüş ehtiyatı isə 668,9 kq-dır.