
BAKI, 18 mart. TELEQRAF
Azərbaycan bu ilin yanvar-fevral aylarında 18 milyon 610.96 min dollar dəyərində 3 047.38 ton çay idxal edib.
Teleqraf Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 1284.75 ton və ya 1,7 dəfə çoxdur.
Ötən ilin yanvar-fevral aylarında 1 762.63 ton çay idxal edilmişdi.
Hesabat dövründə çay idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,45 faizini təşkil edib.