
BAKI, 17 mart. TELEQRAF
Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən aprelin 14-da təşkil olunacaq hərracda xüsusi müsadirə edilmiş əmlaklar satışa çıxarılacaq.
Teleqraf xəbər verir ki, hərracda 2 ədəd "Samsung Galaxy A3" markalı mobil telefon 120 manat start qiymətlə, Gədəbəydə qeyri-yaşayış sahəsi isə 10 000 manat start qiymətlə satışa qoyulacaq.
Əlavə olaraq, Goranboyda torpaq sahələri, Xızıda isə bağ evi 75 000 manata,fərdi yaşayış evi 80 000 manata hərraca çıxarılacaq.
Hərracda iştirak üçün əvvəlcədən 10 faiz beh tələb olunur.
Qeyd edək ki, sözü gedən əmlaklar 5 dəfədən çox olmaqla 50% endirimlə təkrar hərraca çıxarılır.