TBİLİSİ, 17 mart. TELEQRAF

Bu ilin yanvar-fevral aylarında Azərbaycandan Gürcüstana köçürülmüş pul vəsaitlərinin həcmi 6,53 milyon ABŞ dolları təşkil edib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Bankının (GMB) məlumatında bildirilib.

Ötən ilin eyni dövrünə nisbətdə pul köçürmələrinin həcmi 7% azalıb.

Son iki ayda Gürcüstandan Azərbaycana göndərilən pul vəsaitlərinin məbləği isə 7,69 milyon ABŞ dollarına bərabər olub ki, bu da ötən ilin analojidövrü ilə müqayisədə 27% çoxdur.

GMB-nin aylıq hesabatına əsasən, təkcə fevral ayında Gürcüstana xarici ölkələrdən ümumilikdə 252,28 milyon ABŞ dolları köçürülüb.

İllik müqayisədə məbləğdə 5,3% azalma qeydə alınıb. Gürcüstandan xarici ölkələrə isə köçürmələr 2% azalaraq 28,7 milyon ABŞ dolları olub.