BAKI, 18 mart. TELEQRAF

Londonun ICE birjasında "Brent” markalı neftin fyuçerslərinin qiyməti 0,24% artaraq 71.239 dollar/barel olub.

Teleqraf xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI markalı neftin 1 bareli 0,24% bahalaşaraq 67.742 dollar təşkil edib.