
BAKI, 17 mart. TELEQRAF
Bu ilin yanvar-fevral aylarında 1 milyard 29,1 milyon manatlıq neft məhsulları istehsal edilib.
Teleqraf Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15,6 faiz artım deməkdir.
Neft məhsullarından qazoylların (dizel yanacağının) istehsalı 19,2 faiz, ağ neft istehsalı 18,3 faiz, avtomobil benzini istehsalı 3,3 faiz artıb, neft koksunun istehsalı 6,4 faiz, neft bitumu istehsalı 8,1 faiz, sürtkü yağları istehsalı isə 31,9 faiz azalıb.
Neft məhsullarının istehsalı sahəsində istehsal edilmiş əsas məhsullar aşağıdakılardır: