BAKI, 7 oktyabr. TELEQRAF

"Comex" birjasında dekabr ayı tədarüklü qızıl fyuçerslərinin qiyməti 3 avqust 2026-cı il tarixindən bəri ilk dəfə bir troy unsiyası üçün 4100 dollardan aşağı düşüb.

Teleqraf ticarət platformasına istinadən məlumat verir ki, Bakı vaxtı ilə saat 15:30-a olan qızılın qiyməti 2,12% azalaraq bir troy unsiyası üçün 4 098,5 dollara düşüb.

15:37-yə olan məlumata görə isə qızılın fyuçerslərində eniş səngiyərək troy unsiya üçün 4 103,8 dollar (-1,99%) olub.