BAKI, 7 oktyabr. TELEQRAF
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) 2026-cı ilin yanvar-sentyabr aylarında 13 milyon 882 min 84 ton (14 milyon tona yaxın) yük daşıyıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11% çoxdur.
Bu barədə Teleqraf-a ADY-dən məlumat verilib.
Məlumata görə, qeyd olunan dövrdə tranzit daşımalarının həcmi 15% artaraq 5,7 milyon tona çatıb. Tranzit yükdaşımalarında Şərq-Qərb dəhlizi üzrə 20%, Şimal-Cənub istiqaməti üzrə isə 26% artım qeydə alınıb.
Cari ilin sentyabr ayında isə ADY tərəfindən 1 milyon 766 min ton yük daşınıb ki, bu da 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə ümumi yükdaşıma həcmində 29%, tranzit daşımalarında isə 37% artım deməkdir.