
BAKI, 17 mart. TELEQRAF
Bu ilin yanvar ayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 8557 doğulan körpə qeydə alınıb.
Teleqraf xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında qeyd olunub.
Məlumata görə, 2024-cü ilin müvafiq ayı ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 9,7-dən 9,9-a qədər artıb. Doğulan körpələrin 54,6 faizi oğlan uşaqları, 45,4 faizi isə qız uşaqları olub. Körpələrdən 352-si əkiz, 12-si isə üçəm doğulub.