BAKI, 17 mart. TELEQRAF

Bu ilin yanvar-fevral aylarında Azərbaycanın xarici ticarət dövriyəsi 8 milyard 904,49 milyon dollar olub.

Teleqraf Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu ötən ilin müvafiq ayları ilə müqayisədə 1,7 milyard dollar çoxdur.

İlin ilk 2 ayında ixrac 4 milyard 766,47 milyon dollar, idxal isə 4 milyard 138,02 milyon dollar olub.

Xarici ticarətin müsbət saldosu 628,46 milyon dollar olub. Bu ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 3,7 dəfə azdır.