
BAKI, 16 mart. TELEQRAF
Şahbuz rayonu Sələsüz, Daylaqlı, Kolanı və Biçənək kəndlərindən keçən magistral avtomobil yolu işıqlandırılacaq.
Teleqraf xəbər verir ki, bununla bağlı Şahbuz Rayon İcra Hakimiyyəti tender elan edib.
Müsabiqənin ehtimal edilən qiyməti 334 min 660 manatdır.
Təkliflərin son təqdim olunma tarixi aprelin 17-dir.