
BAKI, 17 mart. TELEQRAF
Bu gün səhər saatlarından "Koroğlu" metrostansiyasında sıxlıq yaşanıb.
Teleqraf xəbər verir ki, metro stansiyanın giriş qapısında nəzarət zamanı sərnişin sıxlığı yaranıb.
Məsələ ilə bağlı Teleqraf-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov bildirib ki, metropolitenə dair bütün infrastruktur, o cümlədən qatarların hərəkəti və intervalları ilə bağlı heç bir problem müşahidə olunmur.
10:00
"Koroğlu" metrostansiyasında sıxlıq yaşanıb.
Teleqraf xəbər verir ki, metro stansiyada sərnişinlərin sıxlığı müşahidə olunub.
Məsələ ilə bağlı Teleqraf-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov bildirib ki, "Koroğlu" stansiyasının infrastrukturu ilə bağlı texniki xarakterli problem yoxdur:
“Sərnişin sıxlığı müşahidə olunur. Sərnişinlərin təhlükəsiz hərəkəti məqsədilə metropolitenin əlavə nəzarət mexanizmləri var. Ümumən metropolitenin bütün infrastrukturu, o cümlədən qatarlar saz vəziyyətdədir”.