
BAKI, 15 mart. TELEQRAF
Qızılın dəyəri ötən gün sərgilədiyi rekord artımdan sonra 2,90% ucuzlaşıb.
Teleqraf xəbər verir ki, qiymətli metal bu ticarət sessiyalarında 2983 dollardan realizə edilib.
Gümüş də ucuzlaşaraq 33,77 dollar təşkil edib.
Qeyd edək ki, ötən gün qızıl fyuçerslərinin qiyməti tarixi maksimumunu yeniləyərək 3000 dollara çatıb.