BAKI, 17 mart. TELEQRAF

"Aqrarkredit" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının balansında olan əmlaklarını hərraca çıxarır.

Əmlak Məsələləri Dövlət Xidmətindən Teleqraf-a verilən məlumata görə, hərracda çıxarılan 42 qeyri-yaşayış sahəsinin dəyəri 17 min manatda 718 min manata qədər yüksəlir.

Onu da bildirək ki, iştirak üçün əvvəlcədən beh tələb olunur. Beh "Aqrarkredit" QSC BOKT-nın hesabına köçürülməlidir.

Hərrac aprelin 8-də saat 12:00-da həyata keçiriləcək.

Qeyd edək ki, sözügedən əmlaklar 2-ci dəfə 10% qiyməti aşağı salınmaqla təkrar hərraca çıxarılır. Bundan əvvəlki hərrac martın 13-də keçirilmişdi.