BAKI, 17 mart. TELEQRAF

Bu gün Xızıda baş verən qəzada xəsarət alan rayon prokuroru Xəyalə Aslanova Yeni Klinikaya gətirilib, hazırda müayinə olunur.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq "Yeni Klinika"nın mətbuat xidmətindən bildirilib.

"Hazırda xəsarət alanların müayinəsi davam etdirilir, müayinə bitdikdən sonra vəziyyətləri dəqiq məlum olacaq", - məlumatda qeyd olunub.

Xatırladaq ki, bu gün saat 9 radələrində Xızı rayonu ərazisində “Niva” və “Toyota Camry” markalı avtomobillərin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində hər iki avtomobilin sürücüsü, o cümlədən “Toyota Camry” markalı avtomobilin içərisində sərnişin qismində olmuş Xızı rayon prokuroru Xəyalə Aslanova müxtəlif dərəcəli bədən xəsarəti alıb.