
BAKI, 17 mart. TELEQRAF
Bu ilin yanvar-fevral aylarında 441 milyon 287,16 min dollar dəyərində Azərbaycan mənşəli qeyri-neft məhsulları ixrac edilib.
Teleqraf Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq ayları ilə müqayisədə 34 milyon dollar və ya 8,3 faiz çoxdur.
Azərbaycan mənşəli qeyri-neft məhsulları ixracında əsas yeri tərəvəz və meyvə tutub. Bu ilin yanvar-fevral aylarında ayında 108 milyon 609.58 min dollar dəyərində 100 min 58 ton tərəvəz və meyvə ixrac olunub.
Azərbaycan mənşəli əsas qeyri-neft məhsullarının ixracı