
BAKI, 17 mart. TELEQRAF
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə martın 10-dan 16-dək icra olunan əməliyyatlar barədə məlumat açıqlayıb.
Qurumdan Teleqraf-a verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 155 piyada və 49 tank əleyhinə mina, həmçinin 606 partlamamış hərbi sursat (PHS) aşkarlanıb.
Həmçinin qeyd edilib ki, 1 651.1 hektar ərazi mina və PHS-lərdən təmizlənib.
Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət adıçəkilən ərazilərdə həyata keçirilir.