
BAKI, 17 mart. TELEQRAF
2025-ci ilin yanvar-fevral aylarında Azərbaycanın Avropa İttifaqı ölkələri (Aİ) ilə ticarət dövriyyəsinin ümumi həcmi 40,2% artaraq 4 milyard dolları üstələyib.
Teleqraf Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, Azərbaycandan Aİ ölkələrinə ixrac 3,55 milyard dollar (40,8% artım), Aİ ölkələrindən Azərbaycana idxal isə 486,9 milyon dollar (36,1% artım) təşkil edib.
Cari ilin ilk iki ayının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Aİ ölkələri ilə ticarətin payı 45,41 faiz təşkil edib ki, bu da bir il öncəki dövrün göstəricisindən 5,5 faiz bəndi çoxdur.