BAKI, 17 mart. TELEQRAF

Ermənistanla Azərbaycan arasında razılaşdırılmış sülh sazişinin mətni ilə tanışam, orada bizim üçün təhlükəli heç nə yoxdur.

Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

“Əgər burada təhlükəli məqam olduğu söylənilirsə, hər hansı bir məqam təhlükəli kimi şərh olunursa, onda bu, Azərbaycan üçün də eyni dərəcədə təhlükəlidir”, - spiker bildirib.

Mətnin niyə dərc olunmadığı soruşulduqda Simonyan qeyd edib ki, artıq onun bir hissəsi məlumdur: “Məqamı gələndə dərc edəcəyik”.

Həmçinin Ermənistan parlamentinin rəhbəri iki ölkə arasında hərbi toqquşmanın baş verəcəyini düşünmədiyini vurğulayıb.