
BAKI, 17 mart. TELEQRAF
Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə aprel fyuçerslərinin dəyəri 0,28% azalaraq 2,992.59 ABŞ dollarına bərabər olub.
Teleqraf birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyası üzrə may fyuçerslərinin qiyməti isə 0,48% azalaraq 34.268 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, martın 14-də qiymətli metalın dəyəri 3000 ABŞ dollarına yüksəlmişdi.