
BAKI, 17 mart. TELEQRAF
Bu ilin fevral ayında Azərbaycandan 2 672 800. 77 min dollar dəyərində 4,7 mln. ton xam neft ixrac edilib.
Dövlət Gömrük Komitəsindən Teleqraf-a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,98 faiz, yəni 182 913.85 ton çoxdur.
Qeyd edək ki, bu ilin fevral ayında ən çox ixrac İtaliya, Almaniya və Çexiyaya olub.