BAKI, 15 mart. TELEQRAF

"Azercell Telekom" MMC-yə məxsus dəyəri 6000 manat olan mobil telefon nömrələri hərraca çıxarılır.

Əmlak Məsələləri Dövlət Xidmətindən Teleqrafa verilən məlumata görə, hərrac aprelin 11-də keçiriləcək.

Hərraca "Azercell Telekom" MMC-yə məxsus 32 nömrə çıxarılacaq. Onlardan 14-nün dəyəri 6000, 18-nin dəyəri isə 1800 manat təşkil edir.

İlkin satış qiymətinin 10%-i həcmində beh tələb edilir.