
BAKI, 17 mart. TELEQRAF
Bu ilin yanvar ayında 33 min 600 dollar dəyərində 2148 ədəd arı idxal edilib.
Teleqraf Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin yanvar ayı ilə müqayisədə 702 ədəd çoxdur.
Ötən ilin yanvarında 1446 ədəd arı idxal olunmuşdu.
Arıların hamısı Türkiyədən idxal edilib.