
BAKI, 17 mart. TELEQRAF
Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının olub-olmadığını müzakirə etməyə hazırdır.
Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.
Spiker Ermənistan konstitusiyasının araşdırılması üçün ekspertiza və ya Venesiya Komissiyasına göndərilə biləcəyini qeyd edib.
“Biz hər iki ölkənin konstitusiyasını Venesiya Komissiyasına göndərə bilərik, Venesiya Komissiyası belə bir şeyin olub-olmadığını desin”, - Simonyan əlavə edib.
Xatırladaq ki, Ermənistan konstitusiyasında istinad olunan bu ölkənin “Müstəqillik Aktı”nda Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları var. Azərbaycan konstitusiyasında isə heç bir ölkəyə, o cümlədən Ermənistana qarşı ərazi iddiaları yer almayıb. Yəni Simonyanın iddiasının əksinə olaraq, ərazi iddialarının olub-olmadığının araşdırılması üçün Azərbaycan konstitusiyasının Venesiya Komissiyasına göndərilməsinə ehtiyac yoxdur.
Əlavə edək ki, Ermənistan konstitusiyasının dəyişdirilməsi tələbi Azərbaycan tərəfindən irəli sürülüb.