BAKI, 14 mart. TELEQRAF

"Azərenerji"nin dövlət zəmanət ilə cəlb etdiyi kreditlər üzrə 2024-cü ilin sonunadək ödənilməsi tələb olunan 110 milyon manat ekvivalentində borc Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu tərəfindən ödənilib.

Teleqraf xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə fəaliyyəti haqqında hesabatında əksini tapıb.

Bundan əlavə Nazirlər Kabinetinin 2016-cı il sərəncamı ilə təsdiqələnən Zəmanət Sazişinə əsasən "Elektrik Paylayıcı Şəbəkənin Yenidən Qurulması İnvestisiya Proqramı, Layihə 1" çərçivəsində "Azərışıq" tərəfindən dövlət zəmanəti ilə cəlb edilən 250 milyon dollar kredit vəsaiti üzrə 2024-cü ildə yığılmış əsas və faiz borclar da Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu tərəfindən ödənilib.

Söhbət qurumun 2024-cü ilin may ayında yığılan 15642,5 min ABŞ dolları məbləğində əsas və faiz, eləcə də noyabr ayında yaranan 15178,2 min ABŞ dolları məbləğində əsas və faiz borclarından gedir.