BAKI, 14 mart. TELEQRAF

Qızılın dəyəri növbəti rekordunu yeniləyib.

Teleqraf birja məlumatlarına istinadən xəbər verir ki, ​Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə aprel fyuçerslərinin dəyəri 0,25% artaraq 2,998.64 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə may fyuçerslərinin qiyməti isə 0,58% artaraq 34.505 ABŞ dolları təşkil edib.