
BAKI, 14 mart. TELEQRAF
2024-cü ildə Azərbaycan Respublikasının Kosmik Agentliyi - Azərkosmos-a "Paşa Bank" ASC-dən səmərəli şərtlərlə dövlət zəmanəti ilə kredit cəlb edilib.
Teleqraf xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir.
Sənəddə qeyd edilir ki, dövlət zəmanəti ilə kreditin cəlb edilməsinin səbəbi Azərkosmosun 2015-ci ildə Yaponiyanın "Sumitomo Mitsui" və "Mizhuo" banklarından cəlb etdiyi 129 milyon avro kredit üzrə faizlərin ödənişi ilə bağlı maliyyə yükünün artırmasıdır.
Belə ki, kredit sazişinin şərtlərinə əsasən faizlər "Euribor+075%" dərəcəsi ilə hesablanıb. 2024-cü ildə 19,4 milyon avro məbləğində qalıq kredit vəsaitlərinə hesablanacaq faiz xərclərində qənaət edilməsi məqsədilə hökümət "Paşa Bank" ASC-dən daha səmərəli şərtlərlə dövlət zəmanəti ilə borc cəlb edilməsinə qərar verib. "Zəmanət sazişi"nə əsasən kredit məbləği Azərikosmosa iki il müddətinə verilib.
Yeri gəlmişkən, bağlanan "Məqsədli Kredit" müqaviləsinə əsasən zamin Maliyyə Nazirliyi vasitəsi Azərbaycan Respublikasıdır.