BAKI, 14 mart. TELEQRAF

Qızıl fyuçerslərinin qiyməti tarixi maksimumunu yeniləyərək 3000 dollara çatıb.

Teleqraf xəbər verir ki, gün ərzində qızılın 1 unsiyasının qiyməti artaraq 3 004.9 dollara çatıb və tarixi rekorda imza atıb.

İlin əvvəlindən bu yana qızıl təxminən 382 dollar dəyər qazanıb.

Xatırladaq ki, sonuncu dəfə 2024-cü il üzrə oktyabrında qızıl 2 800.4 dolları keçərək rekord səviyyədə bahalaşmışdı.