BAKI, 14 mart. TELEQRAF

Bu ilin yanvar–fevral aylarında operativ məlumatlara əsasən, elektrik enerjisinin istehsalı 4 milyon 864,8 min kilovat-saat, ixracı 301,5 milyon kilovat-saat, idxalı isə 19,5 milyon kilovat-saat olub.

Teleqraf xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov qeyd edib.

O bildirib ki, bu dövrdə su elektrik stansiyaları da daxil olmaqla bərpa olunan enerji mənbələrindən 510,5 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib.