BAKI, 13 mart. TELEQRAF

Bu ilin yanvar-fevral aylarında operativ məlumatlara əsasən, neft-kondensat hasilatı 4,5 milyon ton, ixraca nəql edilən həcmlər isə 3,7 milyon ton olub.

Teleqraf xəbər verir ki, bu barədə enerketika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında yazıb.

Bu, ötən ilin yanvar-fevral ayları ilə müqayisədə müvafiq olaraq 300 min və 200 min ton azdır.

İki ayda 8.1 mlrd.m3 qaz hasil edilib, 3.8 mlrd.m3 qaz isə ixrac olunub.