BAKI, 12 oktyabr. TELEQRAF
“Sabah tarixi görüş olacaq. İlk ev oyununa çıxacağıq. Ümid edirəm, stadion dolar. Yaxşı hazırlaşmışıq. Ümid edirəm 3 xalı qazanıb xalqımızı sevindirərik”.
Teleqraf xəbər verir ki, bu sözləri "Sabah"ın futbolçusu Rəhman Daşdəmirov Çempionlar Liqasının Liqa mərhələsinin "Sabah"la oyunundan öncə keçirilən mətbuat konfransında söyləyib.
“Yorğunluq yoxdur. Milli ilə qələbədən sonra heç bir yorğunluq qalmayıb. O sevincdən sonra yorğunluq itib. Məncə, Bakı Olimpiya Stadionunda (BOS) azarkeş tutumu çoxdur. Burda dəstəyimiz daha çox olacaq. Bizə uyğun olan stadion da elə BOS-dur. 1 dəfə burada məşq keçmişik. Hər şey qaydasındadır”,- deyə futbolçu qeyd edib.
Qeyd edək ki, "Sabah" - "Slaviya" görüşü sabah Bakı vaxilə saat 20:45-də Bakı Olimpiya Stadionunda keçiriləcək.