BAKI, 12 oktyabr. TELEQRAF
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri bu gün səhər Hörmüz boğazında qayda pozuntusuna yol verən üçüncü supertankerə zərbə endirildiyini və gəmidə yanğın baş verdiyini bildirib.
Teleqraf xəbər verir ki, SEPAH gəminin naviqasiya sistemini söndürdüyünü və Hərbi Dəniz Qüvvələrinin xəbərdarlıqlarına məhəl qoymadığını deyib: "Gəmi Hrmüz boğazından çıxmağa cəhd edib, nəticədə vurulub".
SEPAH-ın Hərbi Dəniz Qüvvələri vurğulayıb ki, Hörmüz boğazında və Fars körfəzi regionunda ABŞ ordusu ilə əməkdaşlıq edən istənilən ticarət gəmisi və neft tankeri qəti cavabla üzləşəcək.
Qeyd edilib ki, bu, son iki gündə Hörmüz boğazında vurulan üçüncü supertankerdir.