BAKI, 12 oktyabr. TELEQRAF
“Azərbaycan rəhbərliyinin və bütün Azərbaycan xalqının dəstəyini çox yüksək qiymətləndiririk. Artıq 700-dən çox uşaq Azərbaycana gəlib”.
Teleqraf xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev deyib.
O bildirib ki, reabilitasiya və istirahət məqsədilə Azərbaycana gələn ukraynalıların növbəti qrupu Kiyev və Dnepropetrovsk vilayətlərinin sakinlərindən ibarətdir:
“Bu qrupa hərbi qulluqçuların ailələrinin nümayəndələri, o cümlədən onların həyat yoldaşları və uşaqları daxildir. Ukrayna Azərbaycanın dəstəyini heç vaxt unutmayacaq".