BAKI, 12 oktyabr. TELEQRAF
“Bəzi oyunçuların səhhətində problemlər var idi. Artıq bilirik ki, hansı oyunçular meydandan kənarda qalacaq. Artıq yeni futbolçular cəlb olunub”.
Teleqraf xəbər verir ki, bu sözləri "Slaviya"nın baş məşqçisi Yindrjix Trpişovski Çempionlar Liqasının Liqa mərhələsinin "Sabah"la oyunundan öncə keçirilən mətbuat konfransında söyləyib.
“Sabah” elə bir komandadır ki, oyun üslubuna görə onu “Barselona” ilə müqayisə edərdim. 4-3-3 oyun sisteminə görə. Rəqib hücunçularından maksimum istifadə edir. Topa nəzarət etməyə çalışır. Fərdi keyfiyyətlərlə özünü göstərir. Oyunlarda bir çox şansları var idi. “Mançester Yunayted”lə oyunları çox maraqlı idi. Hansı komandanın hücumu güclü olarsa, qələbə qazanan tərəf o olacaq”, - deyə mütəxəssis bildirib.
Qeyd edək ki, "Sabah" - "Slaviya" görüşü sabah Bakı vaxilə saat 20:45-də Bakı Olimpiya Stadionunda keçiriləcək.