BAKI, 12 oktyabr. TELEQRAF
“Biz həmişə əlimizdən gələni edirik. Hər kəs bizdən yaxşı nəticə gözləyir. Mənim baş məşqçi kimi əsas işim komandanı oyuna kökləməkdir”.
Teleqraf xəbər verir ki, bu sözləri “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Çempionlar Liqasının Liqa mərhələsində Çexiyanın “Slaviya” klubu ilə oyundan öncə keçirilən mətbuat konfransında deyib.
Rəqibin gücünü dəyərləndirən litvalı mütəxəssis qarşılaşmanın çətin keçəcəyini vurğulayıb:
“Rəqib həqiqətən çox güclüdür. Hər zaman yüksək pressinqə üstünlük verirlər. Baş məşqçi və heyət uzun müddətdir birgə fəaliyyət göstərir. Hücumameyilli komandadırlar, cəmi bir-iki ötürmə ilə hücuma keçməyi bacarırlar. Bu baxımdan çox diqqətli və hazır olmalıyıq. Lakin mən öz gücümüzə inanıram”.
V.Dambrauskas komandasının Çempionlar Liqasındakı mübarizəsinə də toxunub:
“Rəqib uzun müddətdir səfərdə qələbə qazana bilmir. Çempionlar Liqasındakı digər rəqiblərin fonunda biz onlar üçün bəlkə də asan komanda kimi görünürük. Lakin biz bu vaxta qədər böyük möcüzələr yaratmışıq və bundan sonra da möcüzələr yaratmağa davam edəcəyik”.
Qeyd edək ki, "Sabah" - "Slaviya" görüşü sabah Bakı vaxilə saat 20:45-də Bakı Olimpiya Stadionunda keçiriləcək.