
BAKI. 4 mart. TELEQRAF
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə "KOB Bazar" satış yarmarkası keçiriləcək.
Teleqraf xəbər verir ki, martın 5-dən etibarən keçirilən yarmarka, mikro və kiçik sahibkarlıq subyektlərinin məhsullarının satışına dəstək olmaq məqsədini daşıyır.
Yarmarka Binəqədi rayonunda, Koroğlu və Əcəmi Naxçıvani küçələrinin kəsişməsində yerləşəcək. Burada Abşeron və digər bölgələrdən gətirilən kənd təsərrüfatı və qida məhsulları sərfəli qiymətlərlə satışa çıxarılacaq. Yarmarkada, istehlakçılar məhsulları birbaşa istehsalçılardan əldə edəcəklər.
Qeyd edək ki, yarmarka Novruz və Ramazan bayramları günlərində hər gün açıq olacaq, digər günlərdə isə yalnız həftəsonları fəaliyyət göstərəcək.