
BAKI, 4 mart. TELEQAR
Böyük Britaniyanın Baş naziri Key Starmer ABŞ Prezidenti Donald Trampla Ukraynadakı vəziyyətlə bağlı telefon danışığı aparıb.
Teleqraf xəbər verir ki, bu barədə Britaniya hökumətinin başçısının mətbuat katibi Deyv Pares bildirib.
Qeyd edilib ki, onlar Ukraynada təhlükəsiz və davamlı sülhün təmin edilməsi istiqmətində fiki mübadiləsi aparıblar.
Mətbuat katibi söyləyib ki, Starmer Trampın ona Amerikanın Ukraynaya hərbi yardımı dayandırmaq planları barədə məlumat verib-vermədiyini açıqlamaqdan imtina edib.
Xatırladaq ki, bundan əvvəl Starmer Ukrayna Prezidenti Volodimir Zelenskini “müharibə lideri” adlandırıb və onu dəstəkləməyə çağırış edib. Siyasətçi əlavə dib ki, Rusiya lideri Vladimir Putinə heç zaman “xeyirxahlıq” etmək olmaz.