
TBİLİSİ, 4 mart. TELEQRAF
Gürcüstanda sosial şəbəkələrin fəaliyyətinin tənzimlənməsi təklif olunub.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu təkliflə Gürcüstan parlamentinin bugünkü iclasında “Xalqın gücü” partiyasının liderlərindən biri, deputat Sozar Subari çıxış edib.
“Yayım haqqında” Qanuna düzəlişlərin müzakirəsində iştirak edən deputatın sözlərinə görə, insan ləyaqətinin müdafiəsi və təhqirə görə cəzalar üçün bu məsələ üzərində işə başlamaq lazımdır.
“Bu gün sosial şəbəkələrdə yayılan informasiyalar ictimai rəyə televiziya və ya radiodan daha çox təsir edə bilir. Sosial şəbəkələr ən böyük auditoriyaya malikdirlər və bu sahədə tənzimləmə işlərinə başlamağımız yaxşı olardı”, - S.Subari söyləyib.