
BAKI, 18 fevral. TELEQRAF
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Belçika-Azərbaycan Ticarət Palatasının (BELGAZERCOM) sədri Stefan Qorisin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
Teleqraf xəbər verir ki, bu barədə Orxan Məmmədov sosial şəbəkə hesabında qeyd edib.
O bildirib ki, görüş zamanı Belçika və Azərbaycan arasında ticarət və investisiyaların gücləndirilməsi, biznes əlaqələrinin inkişafı və yeni imkanlar barədə müzakirələr aparılıb.