BAKI, 18 fevral. TELEQRAF

Azərbaycan bu ilin ilk ayında düyü idxalını artırıb.

Teleqraf Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ilin ilk ayında 8 milyon 217 min ABŞ dollar dəyərində 8 min 215 ton düyü idxal edilib. Bu, 2024-cü ilin yanvarı ilə müayisədə 2 min 381 ton və ya 40 faiz çoxdur.

Hesabat dövründə düyü idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 40 faizini təşkil edib.