BAKI, 18 fevral. TELEQRAF

Bu ilin yanvar ayında bazis inflyasiyası 2024-cü ilin dekabr ayı ilə müqayisədə 0,2 faiz, yanvar ayı ilə müqayisədə isə 4,3 faiz artıb.

Teleqraf xəbər verir ki, “Bazis inflyasiya” dedikdə qiymətlərini dövlətin tənzimlədiyi malların və xidmətlərin qiymətlərinin dəyişimindən, həmçinin mövsümi faktorlardan təmizlənmiş inflyasiya göstəricisi nəzərdə tutulur. Başqa sözlə, “bazis inflyasiya” hesablanarkən qiymətlərini dövlətin tənzimlədiyi (əsas enerji daşıyıcıları və s.) və mövsümi amillərin güclü təsirinə məruz qalan (meyvə-tərəvəz) və sair kimi mal və xidmət növləri istehlak səbətindən çıxarılır. Mərkəzi Bankın tənzimləyə biləcəyi inflyasiya məhz “bazis inflyasiya”dır.