BAKI, 17 fevral. TELEQRAF

Ləğv prosesində olan Dövlət Sığorta Kommersiya Şirkətinin balansında olan nəqliyyat vasitələri təkrar hərraca çıxarılacaq.

Teleqraf Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, şirkətə məxsus 34 nəqliyyat vasitəsi martın 6-da hərraca çıxarılacaq.

Satışa çıxarılan nəqliyyat vasitələrinin start qiyməti 7350 (Naz Lifan LF 7185-720 2015) və 48375 (Khazar Peugeot 2019) manat arasında dəyişir.

Qeyd edək ki, nəqliyyat vasitələri ilk iki hərracda satılmadığına görə 3-cü dəfə 25% endirimlə təkrar hərraca çıxarılır.