BAKI, 17 fevral. TELEQRAF
2024-cü ildə 1 milyon 855 min 113 nəfər əcnəbi Azərbaycana turizm məqsədilə gəlib.
Teleqraf xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 452 min 513 nəfər çoxdur.
Azərbaycana gələn əcnəbilər əsasən istirahət, əyləncə məqsədilə gəliblər – 1 milyon 261 min 649 nəfər. Daha sonra isə qohumlara, dostlara baş çəkənlər gəlir – 263 min 774 nəfər.
Bundan başqa, işgüzar məqsədlə gələnlər 261 min 6 nəfər, müalicə məqsədilə gələnlər 23772 nəfər, dini ziyarət üçün gələnlər 3295 nəfər, mağazalara baş çəkmək üçün gələnlər 4780 nəfər, tranzit məqsədilə ilə gələnlər 33495 nəfər, digər turizm məqsədi üçün gələnlər isə 3842 nəfər olub.