
BAKI, 15 Fevral. TELEQRAF
2024-cü ildə xarici ölkələrə səfər etmiş Azərbaycan vətəndaşlarının sayı 2 milyon 158,9 min nəfər olub.
Teleqraf xəbər verir ki, onlardan 63,3 faizi - 1 365 589 nəfəri turizm məqsədilə, 36,7 faizi - 793 349 nəfəri isə digər məqsədlərlə xaricə səfər ediblər.
Turizm məqsədilə xarici ölkələrə səfər etmiş Azərbaycan vətəndaşları əsasən kişilərdir – 59,1 faiz.
Ötən il Azərbaycan vətəndaşlarının çoxu 612 535 nəfəri istirahət və əyləncə üçün xaricə səfər ediblər.
Diqqət çəkən məqamlardan biri dini məqsədlər üçün səfər edənlərin sayının azalması olub. Belə ki, ötən il bu məqsədlə xaricə səfər edənlər 2023-cü illə müqayisədə 7138 nəfər azalaraq 22595 olub.
2024-cü ildə turizm məqsədilə xarici ölkələrə səfər etmiş Azərbaycan vətəndaşlarının səfərin məqsədləri üzrə sayı