BAKI, 15 fevral. TELEQRAF

Ötən il Azərbaycanda otellərin sayında artım olub.

Teleqraf xəbər veriri ki, 2024-cü ildə 55 yeni otel fəaliyyətə başlayıb, onlardan 22-si Bakıdadır.

Nəticədə, bu ilin yanvarın 1-nə Azərbaycanda 813 otel olub.

Otellərdə eyni vaxtda 67 376 min nəfərin yerləşə biləcəyi 31 750 min nömrə var (+53%).

Bakının otel nömrələrinin xüsusi çəkisi ölkə otellərinin nömrə fondunun 49 faizindən çoxunu təşkil edir.