BAKI, 12 fevral. TELEQRAF

Bu ilin yanvar ayında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 443,4 milyon manatdan çox olub.

Teleqraf xəbər verir ki, Dövlət Vergi Xidmətinin yaydığı məlumata görə, bu mənbədən daxilolmalar əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11,6 faiz və ya 46,1 milyon manatdan çox artıb.

Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 12,6 faiz artaraq 321 milyon manatdan çox olub.

İşsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 18,4 faiz artaraq 16 milyon manat olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 14,9 faiz artıb və 13,0 milyon manatdan çox təşkil edib.

İcbari tibbi sığorta haqları üzrə daxilolmalar isə ötən ilin eyni dövrüni nisbətə 10,2 faiz artaraq 79,3 milyon manatdan çox olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 8,1 faiz artıb və 61 milyon manata yaxın təşkil edib.